Husilərin nəzarətindəki bölgələrdən atılan beş PUA Qırmızı dəniz üzərində məhv edilib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
“Fevralın 27-də ABŞ təyyarəsi və koalisiyaya məxsus döyüş gəmisi Qırmızı dənizdə husilərə məxsus 5 PUA-nı vurub”, - məlumatda deyilib.