SON DƏQİQƏ! Zelenskidən Putinə təklif... Kremldən açıqlama!

11:41 13 Aprel 2022

Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-də başlayan müharibə həftələrdir davam edir. Ölkənin şərqində Donbasla bağlı son hazırlıqlar görülərkən Kiyevdən gündəmə bomba kimi düşən təklif gəlib.

SİTAT.İNFO-nun verdiyi xəbərə görə, Putinin dostu kimi tanınan tanınmiş siyasətçi  Viktor Medvedçukun həbsindən sonra Ukrayna lideri Zelenski Putinə əsirləri dəyişdirməyi təklif edib.

Ukrayna kəşfiyyatının ukraynalı müxalif siyasətçi və Rusiya prezidenti Vladimir Putinin yaxın dostu Viktor Medvedçuku ələ keçirdiyini açıqlayan Volodimir Zelenski Putini əsirləri dəyişdirməyə çağırıb.

Ukrayna Kəşfiyyat Xidməti (SBU) Medvedçukun hərbi formada və əlləri qandallı şəklini paylaşıb. Medvedçukun “mənim dostum” adlandırdığı Rusiya lideri Putin həm də onun qızının xaç atasıdır.

Zelenski açıqlamasında deyib ki, ukraynalı əsirləri azad etməsi qarşılığında Putinə dostunu verə bilər: "Mən Rusiya Federasiyasına təklif edirəm ki, “öz kişinizi” hazırda Rusiya əsirliyində olan kişi və qadınlarımızla dəyişdirin. Bu vəhşilər haqqında həqiqətləri açıqlayacağıq. Nə qədər vaxt və səy lazım olsa da, hamısını tapacağıq. Qoy Medvedçuk sizə nümunə olsun”.

 

Kremlin sözçüsü Dmitri Peskov Medvedçukla bağlı xəbərləri və məlumatları yoxladıqlarını bildirib. Hadisələri yaxından izlədiklərini vurğulayan Peskov, "Ukraynadan çoxlu yalan xəbərlər gəlir. Hər bir məlumat yoxlanılmalıdır" deyib.

Ukraynada hökumətin əleyhinə olan Ömürlük Müxalifət Partiyasının lideri Medvedçuk Rusiyanın şərqindəki separatçı Donetsk və Luqansk administrasiyalarına maliyyə yardımı göstərməkdə ittiham edilərək 2021-ci ildə ev dustaqlığına məhkum edilib. Ukraynanın işğalı başlamazdan bir gün əvvəl Zelenskini istefaya çağıran 67 yaşlı müxalifət lideri fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra qaçıb. Ölkənin ən zəngin adamlarından biri olan Medvedçuk Rusiya prezidenti Vladimir Putinə yaxın adam kimi tanınır.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti