Ermənistan Milli Təhlükəsizlik Xidməti Zəngəzur rayonunun Dığ kəndi (Tex) yaxınlığında sərhədi keçən azərbaycanlı hərbçinin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə çərşənbə günü saat 05:15 radələrində baş verib:
“Azərbaycan əsgərində “Kalaşnikov” (xəzinəsi ilə birgə) avtomatı olub”.
Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.