İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinə basqınlar zamanı aralarında uşaqların da olduğu ən azı 35 fələstinlini həbs edib.
Sitat.info xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatında 7 oktyabr 2023-cü il tarixindən bu yana həyata keçirilən həbslərlə bağlı son məlumatlar paylaşılıb.
Açıqlamaya görə, İsrail qüvvələrinin İordan çayının qərb sahilində son 24 saat ərzində həyata keçirdiyi reydlərdə aralarında uşaqların da olduğu ən azı 35 nəfər saxlanılıb.
Kənan
Sitat.info