İsrail ordusunun blokada altında olan, xalqın aclıqdan ölmək məcburiyyətində qaldığı Qəzza zolağına həyata keçirdiyi hücumlarda can itkisi son 24 saatda 76 nəfər artaraq 29 min 954 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 145 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.
Dünəndən etibarən İsrailin Qəzzada dinc sakinləri hədəfə aldığı hücumlarda 76 fələstinlinin həlak olduğu, 110 fələstinlinin isə yaralandığı qeyd edilib.
Seymur Bənnayev
Sitat.info