İsrail Qəzzada 5 min 379 məktəblini öldürüb

14:42 28 Fevral 2024

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda 5 min 379 şagird həyatını itirib.

Sitat.info xəbər verir ki, Fələstin Təhsil Nazirliyindən verilən yazılı açıqlamada İsrailin Qəzza və İordan çayının qərb sahilində aylardır həyata keçirdiyi hücumlarda ölən və yaralanan şagirdlərlə bağlı məlumat verilib.

Qəzza zolağında 144 gündür davam edən hücumlarda 5 min 379 şagirdin öldüyü, 8 min 888 şagirdin isə yaralandığı qeyd edilib.

Bildirilib ki, İsrail qüvvələri oktyabrın 7-dən bu yana işğal altındakı İordan çayının qərb sahilində 48 şagirdi öldürüb, 305 şagirdi yaralayıb, 97 şagirdi isə həbs edib.

Kənan

Sitat.info 



Xəbər xətti