Qəzzada xəstəxana müdiri: Xəstəxanada 4 uşaq aclıqdan öldü

20:27 28 Fevral 2024

İsrailin 4 aydan artıqdır ki, hücumlarını davam etdirərək humanitar yardımların ölkəyə girişini əngəlləyərək humanitar fəlakətə səbəb olduğu Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasında 4 uşağın aclıqdan öldüyü bildirilib.

Sitat.info xəbər verir ki, Qəzzanın şimalındakı Beyt Lahiya bölgəsində yerləşən Kamal Advan Xəstəxanasının direktoru Husam Əbu Safiyə mətbuat konfransında xəstəxanadakı vəziyyətlə bağlı açıqlama verib.

Xəstəxanadakı xəstələri xilas etmək üçün yanacaq yardımı çağırışını təkrarlayan Əbu Safiyə deyib: "Yanacaq çatışmazlığı səbəbindən xəstəxana bu gündən etibarən xidmətdən çıxdı".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti