Yunanıstanda dövlət qulluqçuları 24 saatlıq tətilə başlayıblar

20:29 28 Fevral 2024

Yunanıstanda dövlət qulluqçuları onların iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə 24 saatlıq tətilə çıxıblar.Paytaxt Afinada fəhlələr və tələbələr etiraz aksiyası təşkil ediblər.

Sitat.info xəbər verir ki, Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) dəstəyi ilə baş verən 24 saatlıq tətili Mübarizə İşçiləri Cəbhəsi Həmkarlar İttifaqı (PAME) də dəstəkləyib.

İşçilərin iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə təşkil edilən tətilin tarixi ötən il Larisa yaxınlığındakı Tempi bölgəsində baş verən və 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının ildönümü kimi seçilib.

Kənan

Sitat.info



Xəbər xətti