Ərdoğan: Diplomatiya və dialoqa şans verilməlidir

20:32 28 Fevral 2024

Prezident Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə video müraciət göndərib. Ərdoğan: “Diplomatiya və dialoqa müharibəni ədalətli və qalıcı sülhlə bitirmək üçün şans verilməli olduğu fikrini saxlayıram”, - deyib.

Sitat.info xəbər verir ki, Prezident Ərdoğan Ukrayna-Cənubi-Şərqi Avropa Zirvəsi ilə bağlı videomüraciətində yerli hakimiyyət seçkilərinə hazırlıqla əlaqədar sammitə qatıla bilməyəcəyini bildirib.

Videomüraciət vasitəsilə də iştirakçılara müraciət etməkdən çox məmnun olduğunu bildirən Ərdoğan, aşağıdakı qiymətləndirmələri edib:

"Türkiyənin Ukraynanın müstəqilliyinə, suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi hamınız bilirsiniz. Biz Krım tatar soydaşlarımızın hüquq və mənafelərini qorumaq üçün hər cür səy göstəririk. Biz də Ukraynanın sürətlə bərpası və yenidən qurulmasına töhfə verməyə hazırıq. Bütün səylərimizə baxmayaraq, sülhün bərqərar olması istiqamətində kifayət qədər irəliləyiş əldə olunmayıb. Fikrimi saxlayıram ki, müharibəni ədalətli və davamlı şəkildə bitirmək üçün diplomatiya və dialoqa şans verilməlidir. Bu məqsədə çatmaq üçün bütün diplomatik kanallardan ən yüksək səviyyədə istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlanılmalıdır. Bu baxımdan biz Ukraynanı dəstəkləyirik".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti