ABŞ iqtisadiyyatında 2.5 faiz artım olub

20:34 28 Fevral 2024

2023-cü ilin dördüncü rübündə ABŞ iqtisadiyyatında 3,2 faiz artım müşahidə olunub.

Sitat.info xəbər verir ki, ABŞ Ticarət Nazirliyi Ümumi Daxili Məhsul məlumatlarını açıqlayıb.

ABŞ iqtisadiyyatı ötən ilin birinci rübündə 2,2 faiz, ikinci rübdə 2,1 faiz, üçüncü rübdə isə 4,9 faiz artıb. Ümumilikdə 2023-cü ildə ölkə iqtisadiyyatında cəmi 2,5 faiz artım qeydə alınıb. Bunun bazar gözləntilərinin altında qaldığı deyilib. 

Türkan

Sitat.info



Xəbər xətti