Rusiyada saxlandığı həbsxanada dünyasını dəyişən Navalnının həyat yoldaşı Yuliya Navalnaya Putinə sərt sözlər deyib.
Sitat.info xəbər verir ki, Navalnaya Fransanın Strasburq şəhərində Avropa Parlamentində çıxış edib.
“Putin siyasətçi deyil, qanlı qanqsterdir. Əgər həqiqətən onu məğlub etmək istəyirsinizsə, yenilikçi olmalısınız. Siz sanksiyalarla Putinə zərər verə bilməzsiniz", - o çıxışında vurğulayıb.
Bir həftədir dəfn mərasiminə hazırlaşdığını bildirən Navalnaya, mərasimin cümə günü olacağını qeyd edib.
Türkan
Sitat.info