İsrailin Avroviziyaya təqdim etdiyi mahnılar rədd edilib

21:38 28 Fevral 2024

Avropada İsrailin Avroviziya Mahnı Müsabiqəsinə qadağa qoyulması çağırışları davam edərkən, Təl-Əviv rəhbərliyinin müsabiqə üçün təqdim etdiyi ikinci mahnının siyasi mesaj ehtiva etdiyi üçün rədd edildiyi bildirilib.

Sitat.info xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər saytı məlumat yayıb.

Məlumata görə İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnı olan “October Rain” kimi “Dance Forever” mahnısı da HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də həyata keçirdiyi hücumu işarə edir.

Türkan

Sitat.info



Xəbər xətti