Ərdoğan: Millətə "Türk Əsri" vədimiz var

22:34 28 Fevral 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "İnvestisiya, məşğulluq və ixrac yönümlü artımda heç bir güzəşt yoxdur. Millətə "Türkiyə Əsri" vədimiz vad", - deyib.

Sitat.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan NG Kütahya Seramik 100-cü il fabriklərinin açılış mərasimində çıxış edib.

Nafi Güral tərəfindən qurulan Kütahya Seramikin istehsal yolunda 35 ili geridə qoyaraq 8 fabrikə və 54 milyon kvadratmetr istehsal gücünə çatdığını deyən Ərdoğan, Kütahyada istehsal olunan bu keramika məmulatlarının 5 qitədə 79 ölkəyə ixrac edildiyini bildirib.

Ərdoğan deyib: "Açılan hər yeni fabrik, ixracatımızda yeni bir sürətlənmə və cari çatışmazlıqların bağlanmasına töhfə deməkdir. Bu gün 140 milyon avro investisiya dəyəri və 126 qapalı sahəsi olan iki yeni fabrik açırıq".

Kənan

Sitat.info



Xəbər xətti