Yaponiya zəlzələdən dəyən ziyana görə bu qədər pul ayırıb

22:36 28 Fevral 2024

Yaponiya hökuməti yanvarın əvvəlində baş vermiş zəlzələlərin vurduğu ziyandan sonra bərpa işləri üçün əlavə 100 milyard yen (665 milyon dollar) ayıracaq.

Sitat.info xəbər verir ki, zəlzələnin baş verdiyi qərbi Noto yarımadasında zərərin qiymətləndirilməsi və yenidənqurma işləri davam etdirilir.

Yaponiyanın baş naziri Kişida Fumio zəlzələnin episentri olan qərbdəki İşikava əyalətinə ikinci rəsmi səfəri zamanı bölgədəki evakuasiya mərkəzlərini gəzib.

Zəlzələdən zərərçəkənlərlə bir araya gələn Kişida: "Yaşayacaq yer həyat və dolanışıq üçün vacib şərtdir. Maddi narahatlıqlar bizi ruhdan salmamalıdır", - deyərək, yaraları sağaltmaq istədiyini bildirib.

Türkan

Sitat.info



Xəbər xətti