Avropada 30-dan çox media təşkilatı "Google"a qarşı reklam texnologiyalarında dominant mövqeyindən sui-istifadə etdiyi iddiası ilə məhkəməyə müraciət edərək, şirkətdən 2,1 milyard avro təzminat tələb edib.
Sitat.info xəbər verir ki, Avropa mərkəzli hüquq firmaları "Geradin Partners" və "Stek" tərəfindən edilən açıqlamada, 17 ölkədən 30-dan çox Avropa media təşkilatının "Google"a qarşı məhkəmə prosesi başlatdığı bildirilib.
Açıqlamada, işin Hollandiyanın Amsterdam Rayon Məhkəməsində açıldığı, "Google"un reklam texnologiyası tətbiqlərinin rəqabətə zidd olduğu iddia edildiyi və təxminən 2,1 milyard avro təzminat tələb edildiyi ifadə edilib.
Seymur Bənnayev
Sitat.info