İsrailin 7 oktyabr 2023-cü ildə başlatdığı hücumlarla insanları aclığa sürüklədiyi və humanitar fəlakətə səbəb olduğu Qəzza zolağının şimalına təyyarələrlə məhdud miqdarda ərzaq yardımı çatdırılıb.
Sitat.info xəbər verir ki, hadisə şahidləri Qəzza zolağının şimalındakı Kalibu təpəsi, Talim qovşağı və Ummu'n Nəsr kəndi ətrafında göydən yemək qutularının atıldığını görüblər.
Bölgədəki çətin şəraitə diqqət çəkən şahidlər naməlum şəxslərin göndərdiyi yardımın hazırkı vəziyyət üçün son dərəcə məhdud olduğunu bildiriblər.
Seymur Bənnayev
Sitat.info