Rusiya döyüş təyyarələrinin İdlib Gərginliyi Azaltma Bölgəsinə həyata keçirdiyi hava hücumunda 1 mülki vətəndaş ölüb, 5 mülki şəxs yaralanıb.
Sitt.info xəbər verir ki, müxalifətə məxsus təyyarələrinin rəsədxanasından alınan məlumata görə, yerli vaxtla saat 10:02-də Latakiyadakı Hmeymim Hava Bazasından ardıcıl olaraq 2 Rusiya döyüş təyyarəsi havaya qalxaraq İdlib şəhər mərkəzinin qərbindəki dülgər emalatxanasına 4 hava zərbəsi endirib.
Mülki Müdafiədən (Ağ Dəbilqəlilər) alınan məlumata görə, hücum nəticəsində 1 mülki şəxs ölüb, 5 mülki şəxs yaralanıb. Yaralılar ətrafdakı xəstəxanaya çatdırılıb.
Kənan
Sitat.info