Qəzzanın şimalında səhiyyənin təmin edilməməsi 700 min fələstinlinin ölümə tərk edilməsi deməkdir.
Sitat.info xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra verdiyi yazılı açıqlamada: "Qəzzanın şimalındakı xəstəxanalarda generatorların dayandırılması bu xəstəxanaların fəaliyyətini zəiflədib", - deyə qeyd edib.
Qudra, BMT-ni səhiyyə sistemini qorumaq və ehtiyaclarını ödəmək üçün beynəlxalq humanitar hüququ və 4-cü Cenevrə Konvensiyasını aktivləşdirməyə çağırıb.
Türkan
Sitat.info