Üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olundu

14:14 1 Mart 2024

Milli Məclisin Regonal məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.

Sitat.info-nun məlumatına görə, komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılır.

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanun layihəsində qeyd edilir ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

və “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində isə Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsi “Şəfəq” qəsəbəsi adlandırılması təklif edilir.

Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.



Xəbər xətti