Etnik bəluclar seçkilərdə iştirakdan imtina edir

17:19 1 Mart 2024

İranın Sistan və Bəlucistan əyalətində parlament və Ekspertlər Məclisi seçkiləri üçün qurulan məntəqələrin əksəriyyəti boşdur.

Sitat.info xəbər verir ki, bununla bağlı bəluc fəallar məntəqələrdən foto və video paylaşıblar.

Bəluclar namizədlərdən kimlərin parlamentə gedəcəkləri barədə hakimiyyətin əvvəlcədən təyinatı olduğunu bildiriblər.

Bundan əvvəl parlamentə təyin olunan əvvəlki millət vəkillərinin əyalət üçün heç bir iş görmədiklərini qeyd edən bəluclar seçkilərə qatılmayanları təqdir ediblər.

Qeyd edək ki, bundan əvvəl bəluc təşkilatları, fəalları və sünni din xadimləri seçkilərlə bağlı yaydıqları bəyanatlarda əhalini boykota çağırıblar.



Xəbər xətti