Bakıda stomotoloqa gedən 11 yaşlı uşaq komaya düşdü - Şok səbəb

20:00 1 Mart 2024

"Dostumuz Zamin Babayev 21 fevralda 11 yaşlı qızının dişini müalicə edib, plomb qoyulması üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət edib".

Sitat.info xəbər verir ki, bu barədə yazar, ictimai fəal İlkin Rüstəmzadə feyzbuk sosial şəbəkəsində məlumat verib. 

İlkin Rüstəmzadənin sözlərinə görə, pasienti Bəhruz Rüstəmov adlı stomotoloqa yönləndiriblər:

"Zamin həkimə bildirib ki, sedasiya üsulu ilə etsin əməliyyatı, qətiyyən anesteziya ilə etməsin.

Amma həkim özbaşına aneztesiya ilə müalicəyə başlayıb. Anestezoloq Fərəh Amanova uşağa narkoz qoşub otaqdan çıxıb. 

Anestezoloqun bu səhlənkarlığı nəticəsində oksigen çatışmazlığı yaranıb, uşaq komaya düşüb. 

Komaya düşəndən sonra da Bakı Sağlamlıq Mərkəzində 4 gün uşaq düzgün müalicə olunmayıb. 

Atası tələm-tələsik uşağı təcili yardımla Mərkəzi Klinik Xəstəxanaya aparıb və orda məlum olub ki, anestezoloqun səhlənkarlığına görə uşağın beyni 4-5 dəqiqə oksigensiz qalıb. 

İlk 72 saatda olunmalı olan müdaxilələr olunmayıb və uşağın beyninin bir hissəsi zədələnib".

İlkin Rüstəmzadə 9 gündür, 11 yaşlı uşağın komada olduğunu, həkimlərin məlumatına görə, ən yaxşı halda yataq xəstəsi olacağını deyib. 

Məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.

Məğrur

Sitat.info



Xəbər xətti