"Zamin Babayev bəyin qızı ilə bağlı Baş Prokurorluqdan zəng edib məsələnin araşdırılacağını bildiriblər".
Sitat.info xəbər verir ki, bu barədə yazar, ictimai fəal İlkin Rüstəmzadə feyzbuk sosial şəbəkəsində məlumat verib.
İlkin Rüstəmzadənij sözlərinə görə, hadisənin baş verdiyi Bakı Sağlamlıq mərkəzi isə susmağa davam edir:
"Anestezoloq Fərəh Amanovanın kobud xətası nəticəsində, balaca Xədicə qızımız hazırda komadadır.
Həkimlər onun durumunun kritik olduğunu, sağalsa belə ömürlük yatağa bağlı olacağını bildirirlər.
Həkim dostlarla danışdıq, Xədicənin sağalması Almaniya və ABŞ-da kök hüceyrə nəqliylə mümkündür.
Amma fantastik bahalı prosedurdur.
Dostlar, lütfən biganə qalmayaq. Paylaşın, dövlət qurumları görsün, Xədicə qızımıza sahib çıxsın!".
Məğrur
Sitat.info