Məhkəmə sədrinin və sədrin qanunsuz göstərişlərini yerinə yetirən xanım hakimin vətəndaşlara qarşı xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinin kökündə nə dayanır...
Sitat.info xəbər verir ki, martın 1-də Səbil Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda görünməmiş qanunsuz qərar qəbul edilib. Xanım hakim xüsusilə külli miqdarda yəni– 2 milyon manata yaxın vətəndaşlara maddi ziyan vurmaqda təqsirli bilinən və barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Anar Pənahlının qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə əsassız və qanunsuz qərar qəbul etmiş və vətəndaşlara 2 milyon manat maddi ziyan vurmuş şəxsi məhkəmə zalından azadığa buraxmışdır.Poliqon xəbər verir ki, bu şəxsin azadlığa buraxılması zərərçəkən şəxslər arasında çox ciddi narazılıq yaradıb. Belə ki, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan A.Pənahlı barəsində Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 - maddəsi ilə (xüsusilə külli miqdarda) dələduzluq cinayəti ilə bağlı cinayət işi istintaq olunur. İş üzrə Anar Pənahlı tərəfindən vətəndaşlara 2 milyon manata yaxın ziyan vurulmasına baxmayaraq həmin məbləğin vətəndaşlara ödənilməsi təmin edilməmişdir.
Verilən məlumata görə A.Pənahlı ötən ilin dekabrında Azərbaycandan Türkiyəyə gedərkən saxlanıb və istintaqa təhvil verilib. Xüsusilə külli miqdarda dələduzluq işində zərərçəkənlərin sayı 5-ə yaxındır. Onlar sırasında V.Həsənov, F.Qarayev, M.Hüseynli və digər şəxslər var. Belə iddialar var ki, xüsusilə külli miqdarda dələduzluğa görə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulan şəxsin həbsdən azadlığa buraxılması Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun şəxsi təşəbbüsü ilə gerçəkləşib.
Qeyd edək ki,ötən ilin dekabrında eyni ssenari üzrə hakim Günel Səmədovanın sədrliyi ilə daha bir oxşar qanunsuz qərar qəbul edilib. Hakim Günel Səmədova zərərçəkmiş Rahil Əsgərova qarşı 880 min manat dələduzluqda ittiham olunan şəxsin qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edərək Ceyhun Zeynalovu 2023-cü il dekabrın 5-də məhkəmə zalından azad etmişdir. Belə görünür ki, Səbail Rayon Məhkəməsində külli miqdarda dələduzluq cinayətlərinə görə həbsə alınan şəxslərə xüsusilə loyal münasibət sərgilənir. İddia olunur ki, bu gedişat Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun təşəbbüsü ilə baş tutur və zərərçəkən şəxslərin maraqları əsas götürülmək əvəzinə şəxsi maraqlar əsas götürülür.
A.Pənahlının cinayət işinə gəlincə isə, iş üzrə zərərçəkmiş tərəfin nümayəndələri Məhkəmə-Hüquq Şurasına, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər ali orqanlara bu barədə şikayət ünvanlayıblar. Ümid edirlər ki, qanunsuzluq aradan tez bir zamanda qaldırılacaq.