Kəlbəcərdə yük maşını aşdı: ölən var

17:59 2 Mart 2024

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Sitat.info Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.

Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayev idarə etdiyi yük avtomobili ilə hərəkətdə olan zaman maşını aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti