Haitidə həbsxanaya hücum: 3600 məhbus qaçıb

09:48 4 Mart 2024

Haitidə dəstələrin həbsxanaya silahlı hücumu nəticəsində 3600 məhbus qaçıb, 12 məhbus həyatını itirib.

Sitat.info xəbər verir ki, paytaxt Port-au-Prinsdəki Croix des Bouquets həbsxanasına basqın edən silahlı dəstələr təhlükəsizlik qüvvələri ilə toqquşub.

Münaqişə zamanı 3600 məhbus həbsxanadan qaçıb, 12 nəfər həyatını itirib.

Haiti hökumətindən verilən açıqlamada səhər saatlarında cinayətkar təşkilatların həbsxanaya hücum etdiyi və polisin müqaviməti nəticəsində silahlı şəxslərin ərazidən qaçdığı bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti