İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlara görə İsrail Ordusunun sözçüsü Daniel Həqarinin komandasının şəxsi heyəti arasında geniş istefa dalğasının olduğu açıqlanıb.
Sitat.info xəbər verir ki, İsrailin Kanal 14 Televiziyasının xəbərində: "Həqarinin komandasında ikinci dərəcəli şəxs olan Moran Katz və informasiya sistemindəki bir çox məmurun Qəzzadakı müharibə səbəbiylə istefalarını təqdim etdiyi" ifadə edilib.
Xəbərdə istefa verənlər arasında İsrail ordusunun xarici mətbuat sözçüsü Riçard Hechtin də olduğu qeyd olunub.
Kənan
Sitat.info