HƏMAS bəyan edib ki, Qəzza zolağında atəşkəsə nail olmaq və İsrailin oradakı qoşunlarını geri çəkməsi üçün ciddi şəkildə çalışır.
Sitat.info xəbər verir ki, adının açıqlanmasını istəməyən HƏMAS rəsmisi verdiyi açıqlamada, HƏMAS heyətinin Parisdəki danışıqlarda gündəmə gətirilən təkliflə bağlı Misirin paytaxtı Qahirəyə getdiyini, Misir və Qətər rəsmiləri ilə görüşlər keçirdiyini bildirib.
HƏMAS-ın atəşkəs və İsrail əsgərlərinin bütün Qəzzadan çıxarılmasını təmin edəcək razılaşmanın əldə olunması üçün ciddi şəkildə çalışdığını qeyd edən rəsmi, razılaşmanın tarixinin müəyyən edilmədiyini bildirib.
Seymur Bənnayev
Sitat.info