ABŞ Ukraynaya yardım haqqında yeni qanun layihəsi təqdim edə bilər

10:28 4 Mart 2024

ABŞ Konqresinin Nümayəndələr Palatası aprel ayına qədər Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı yeni qanun layihəsi təqdim edə bilər.

Sitat.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson həm ABŞ-ın xarici müttəfiqlərinə yardım, həm də ölkə sərhədini qeyri-qanuni miqrant axınından qorumaq üçün tədbirləri özündə əks etdirən yeni qanun layihəsini irəli sürən Konqresin aşağı palatasının həmkarları ilə təkbətək görüşüb.

CNN-in qeyd etdiyi kimi, 66 milyard dollarlıq yardım yalnız hərbi məqsədlər üçün nəzərdə tutulub.



Xəbər xətti