UNICEF: Qəzzada körpələr qida çatışmazlığından ölür

11:25 4 Mart 2024

İsrailin hücumları altında ac və susuz qalmaq məcburiyyətində qalan fələstinli uşaqların qidasızlıq və yardımların rədd edilməsi səbəbi ilə dünyanın gözü qarşısında ölməkdə davam etdiyi xəbərdarlığı edilib.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Yaxın Şərq və Şimali Afrika Regional direktoru Adele Khodr, İsrailin blokadası altında olan Qəzzada az qidalanan körpələrin ölümü ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada, qida çatışmazlığının Qəzza zolağını viran qoyduğu və qorxulu uşaq ölümlərinin baş verdiyi diqqətə çatdırılıb, ölkənin şimalındakı Kamal Advan Xəstəxanasında qida çatışmazlığı və susuzluqdan ən az 10 uşağın həyatını itirdiyi vurğulanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti