Macarıstanda əhalinin sayı azalır.
Sitat.info xəbər verir ki, bu barədə Macarıstanın Mərkəzi Statistika İdarəsi məlumat dərc edib.
2023-cü ilin sonunda ölkənin əhalisi 9,58 milyon olub. İl ərzində əhalinin təbii azalması 85 min doğumla 127 min ölüm arasındakı fərq nəzərə alınaraq 42 min nəfər təşkil edib.
Doğum sayı 3,7 faiz azalıb, doğum əmsalı isə 1,52 faizdən 1,5 faizə düşüb. Ölüm sayı 6,8 faiz azalıb.