Qəzza zolağına hava yardımı davam edir

09:58 5 Mart 2024

Qəzza zolağının şimalına bir çox ölkə tərəfindən havadan humanitar yardımlar çatdırılmaqda davam edir.

Sitat.info xəbər verir ki, İsrailin hücumlarının 151 gündür davam etdiyi Qəzza zolağına bir çox ölkə havadan humanitar yardım çatdırmağa davam edir.

İsrailin humanitar yardımın daxil olmasına icazə vermədiyi şimal bölgəsinə yenidən hava yardımı çatdırılıb.

Ətrafdakı insanların lentə aldığı görüntülərdə aclıqla mübarizə aparan çox sayda Qəzzalıların bu yardım üçün sevindiyi əks olunub. 

Kənan

Sitat.info



Xəbər xətti