Ağ Ev Ramazana qədər Qəzzada atəşkəsə ümid edir

10:04 5 Mart 2024

Ağ Evin Milli Təhlükəsizlik və Kommunikasiyalar üzrə müşaviri Con Kirbi Qəzzada Ramazan ayı başlamazdan 6 həftə əvvəl davam edə biləcək müvəqqəti atəşkəs razılaşmasına nail olmaqdan ümidvar olduqlarını bildirib.

Sitat.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik və Kommunikasiyalar üzrə müşaviri Kirbi gündəlik mətbuat konfransında Qəzzada son vəziyyəti və mümkün atəşkəs prosesini dəyərləndirib.

Kirbi, İsrailin 6 həftə davam edə biləcək və girovların azad edilməsi müqabilində Qəzzaya daha çox humanitar yardımın çatdırılacağı müvəqqəti atəşkəsə razılaşdığını qeyd edərək deyib: "İsrail bu çərçivəyə əməl etməyi qəbul etdi, indi eynisini etmək HƏMAS-ın öhdəliyinə düşür".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti