Kliçkodan Zalujnın vəzifəsindən uzaqlaşdırılması qərarına reaksiya

11:32 5 Mart 2024

Kiyevin meri Vitali Kliçko Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən uzaqlaşdırmaq qərarına səssiz qalmayıb.

Sitat.info xəbər verir ki, Kliçko Ukrayna Prezidenti Volodimir Zelenskinin bu qərarını böyük səhv adlandırıb.

O, İtaliyanın “la Repubblica” qəzetinə müsahibəsində deyib:

“Biz sorğularda ən yüksək reytinqə malik olan Zalujnı kimi böyük dəstəyə malik insanların ətrafında birləşməliyik”, - Kiyev meri əlavə edib.



Xəbər xətti