Makron Putinin hərəkətini "paranoya" adlandırdı: "Aylarla Soçidə özünü qapalı saxlayıb"

16:20 13 Aprel 2022

“Rusiya Prezidenti Vladimir Putin hücumunu Donbasa yönəldib və mayın 9-dək qələbə qazanmağı hədəfləyir”.

SİTAT.İNFO  Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Le Point” qəzetinə müsahibəsində deyib.

Makron hesab edir ki, Putin “şanlı 9 May hərbi paradı” keçirməyi hədəfləyir və qısa müddətdə danışıqlar masasına gətirilə bilməyəcək.

Fransa lideri rusiyalı həmkarını Ukraynanı işğal etməyə sövq edən səbəblər barədə suala cavabında onu təhqir edib, buna “Putinin qəzəbi böyüyərək paranoyaya çevrilir”, cavabını verib:

“Putinin təcrid olunması yalnız 2014-cü il sanksiyalarından sonra gücləndi. COVID-in rolunu da qiymətləndirməmək olmaz. O, aylarla Soçidə olub, özünü qapalı saxlayıb, digər siyasətçilərlə az əlaqə saxlayıb”.

Makron rusiyalı həmkarı ilə çoxsaylı telefon danışıqlarının səbəbinə də toxunub:

“Onunla danışmasaq, onda onun nə qədər uzağa getmək istədiyini bilməyəcəyik”.



Xəbər xətti