Bakı Ruslana görə heç bir öhdəlik götürməyib - Asryan

16:30 5 Mart 2024

Azərbaycan əsgərini Bakıya təhvil verməsi müqabilində nə hökumət, nə də Müdafiə Nazirliyi Azərbaycanın erməni əsirləri Ermənistana qaytaracağı haqda heç bir məlumat verməyib.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan deyib.

“Bu, Baş Qərargah rəisinin funksiyası deyil”, - Asryan bildirib.

Qeyd edək ki, 28 fevralda azaraq Ermənistana keçən əsgər Ruslan Pənahov bu gün geri qaytarılıb.

Azərbaycan bir müddət öncə 2 əsgərimizin müqabilində 32 erməni hərbçini azad edib. Azərbaycanda artıq erməni əsir yoxdur, Bakıda saxlanılanlar isə erməni separatçı-terrorçulardır.



Xəbər xətti