Paşinyan Sisi ilə görüşdü

17:00 5 Mart 2024

Misirdə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

“İki ölkə liderləri arasında təkbətək söhbət olub, daha sonra geniş tərkibdə müzakirələr aparılıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Misirdə ikigünlük səfərdədir.



Xəbər xətti