İsrail son 10 gündə Qəzza zolağında mindən çox fələstinlini qətlə yetirib.
Sitat.info xəbər verir ki, İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı son 10 gündə 1025 nəfər artaraq 30 min 631 nəfərə çatıb.
Qəzzada Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında İsrailin 151 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 97 nəfərin öldüyü, 123 nəfərin yaralandığı bildirilib. Buna görə də İsrail son 10 gündə Qəzzada 1025 fələstinlini qətlə yetirib.
Oktyabrın 7-dən etibarən Qəzza zolağında həlak olan fələstinlilərin sayı 30 min 631-ə, yaralıların sayı isə 72 min 43-ə yüksəlib.
Bəyanatda, həmçinin İsrailin Qəzzada son 24 saatda “10 qırğın” törətdiyi, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, ancaq İsrail qüvvələri, tibb qrupları və mülki müdafiə rəsmilərinin maneə törətməsi ilə bağlı cəsədləri götürməyin mümkün olmadığı vurğulanıb.
Seymur,
Sitat.info