Ukrayna 65 milyon dollarlıq Rusiya patrul gəmisini vurub

22:13 5 Mart 2024

Ukraynadan verilən açıqlamada Rusiya Qara Dəniz Donanmasının patrul gəmisinin Krım sahillərində hədəf alındığı və gəminin zədələndiyi bildirilib.

Sitat.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat bölməsindən verilən açıqlamada Krım sahillərində Rusiya Qara Dəniz Donanmasının patrul gəmisinin hədəfə alındığı bildirilib.

Kerç boğazına yaxın bir nöqtədə "Magura V5" pilotsuz dəniz vasitələri ilə vurulan Sergey Kotov adlı rus gəmisinin müxtəlif hissələrinə ziyan dəydiyi qeyd edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti