İordaniya: 15 ölkənin dəstəyi ilə Qəzzaya 28 hava yardımı etdik

22:16 5 Mart 2024

İordaniya ordusu 15 ölkənin dəstəyi ilə Qəzza zolağının şimalına humanitar yardım atdıqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, məsələ ilə bağlı İordaniya ordusunun rəsmi saytında açıqlama verilib.

Açıqlamada Qəzzanın şimalına “dost və qardaş” ölkələrlə birgə 8 təyyarə ilə ərzaq və humanitar yardımların atıldığı, İordaniya Silahlı Qüvvələrinin Kral Hərbi Hava Qüvvələrinə aid 3 ədəd C-130 tipli təyyarəsi ilə bərabər, o cümlədən 3 ABŞ, 1 Misir və 1 Fransa təyyarəsindən istifadə edildiyi bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti