NATO bu səbəbdən 90 minlik ordu ilə hərbi təlimlərə başlayır

22:45 5 Mart 2024

"NATO 90 min-lik təlimçisinin iştirakı ilə Avropada ən böyük hərbi təlimlər başlayır. Təlimlərin qırmızı xətti bundan ibarətdir ki, 3-cü dünya müharibəsinin imitasiyası edilir".

Sitat.info xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Elxan Nuriyev deyib.

O bildirib ki, NATO-nun bu təlimi həm də nəbz yoxlamasıdır: "NATO-nun məqsədi 3-cü dünya müahribəsində hər bir NATO ölkəsinin davranışını, yəni Kanadanın və ABŞ-ın Avropanın köməyinə necə gəlir, onu bilməkdir. Əsas məsələ bundan ibarətdir. Təbii ki, Rusiya tərəfi bundan narahatdır. Təlimlərin miqyası çox məsələlərdən xəbər verir".

Ayna,

Sitat.info



Xəbər xətti