Ümumdünya Meteorologiya Təşkilatı xəbərdarlıq etdi!

22:42 5 Mart 2024

Mart və May ayları arasında quru ərazilərdə normadan yüksək temperatur gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı xəbərdarlıq edib.

Xəbərdarlıqda, ötən il normadan artıq temperatura səbəb olan El Ninonun (mövsümi hava təzyiqinin dəyişməsi, yüksəlməsidir) bu il də istilər gətirəcəyi və qlobal iqlimə təsir edəcəyi deyilib.

Xatırladaq ki, 2023-cü il indiyə qədər qeydə alınan ən isti il olub.

​​​​​​Türkan

Sitat.info



Xəbər xətti