Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Əsrin ən böyük vəhşiliklərindən birinə şahid oluruq. Qərb güclərinin qeyri-məhdud dəstəyi ilə Netanyahu və rəhbərliyi Fələstin xalqına qarşı açıq soyqırım həyata keçirir. Netanyahu və onun cinayət ortaqları hər bir cinayətə görə qanun və ictimai vicdan qarşısında tökdükləri hər damla qan üçün mütləq cavab verəcəklər".
Sitat.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbasla keçirdiyi birgə mətbuat konfransında danışıb.
Ərdoğanın açıqlamalarından diqqət çəkən məqamlar:
"Türkiyə hər zaman Fələstin davasını dəstəkləyib. Fələstinin bizim qəlbimizdə xüsusi yeri var. Bugünkü məsləhətləşmələrdə biz Fələstindəki son vəziyyəti müzakirə etdik. Onlar tarixlərinin ən çətin dövrlərindən birini yaşayırlar".
Kənan Yusif
Sitat.info