Bayden İsraili atəşkəsə çağırıb

22:55 5 Mart 2024

Ramazan ayı ərzində İsrail və Fələstin arasında atəşkəs olmalıdır. Yoxsa, İsraildə xüsusilə Qüdsdə vəziyyət çox təhlükəli olacaq.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.

"ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında yeni məhbus mübadiləsi də daxil olmaqla atəşkəs razılaşması üçün səylər davam edir", - bildirib.

Prezident, İsrailin Qəzza zolağına daha çox humanitar yardımın gəlməsinə maneə üçün heç bir bəhanənin olmadığını vurğulayıb. 

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumları 151 gündür davam edir. 

Türkan

Sitat.info



Xəbər xətti