Rusiya bu istiqamətdə 100 minlik qoşun topladı

23:15 5 Mart 2024

Oleq Sinegubov qeyd edib ki, ruslar Liman-Kupyansk istiqamətində 100 mindən çox hərbi qulluqçu cəmləyib.

"Ruslar Liman-Kupyansk istiqamətində 100 mindən çox hərbçi cəmləşdiriblər. Ukrayna hərbçiləri Xarkov vilayətinin Tabaevka bölgəsində fəal şəkildə əməliyyat aparır. Silahlı qüvvələrimiz rusların yerləşdiyi yüksəklikləri ələ keçirməyə çalışırlar.  

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov deyib. 

O.Sinegubov bildirib ki, rus qoşunları hər gün Sinkovka və Tabaevka istiqamətindən hücumlar etsələr də, nəticəsiz qalır:

"Tabaevkada düşmən taktiki uğur əldə etmək üçün aktiv hərbi əməliyyatlar aparır, lakin Ukrayna Silahlı Qüvvələri buna layiqli cavab verir. Hərbçilərimizin məqsədi düşmənin irəlilədiyi yüksəklikləri ələ keçirməkdir".

Məğrur,

Sitat.info



Xəbər xətti