Fələstin XİN: Fələstində törədilən soyqırım bütün dünyanı təhdid edir

23:19 5 Mart 2024

İsrailin Qəzza zolağında tətbiq etdiyi aclıq səbəbilə son günlər 20-yə yaxın uşağın əzab içində öldüyünü xatırladan Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki: "Fələstində törədilən soyqırım bütün dünyanı təhdid edir", - deyib.

Sitat.info xəbər verir ki, Maliki Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında çıxış edib.

İşğal altındakı Fələstin torpaqlarında vəziyyətin getdikcə pisləşdiyini və faciəvi hala gəldiyini ifadə edən Maliki deyib: “İşğalçı İsrail rəsmiləri Qəzza zolağında 2,3 milyon fələstinliyə qarşı tətbiq etdikləri fəlakətlər çərçivəsində aclıqdan müharibə vasitəsi kimi istifadə edirlər. İsrailin tətbiq etdiyi aclıq səbəbiylə son günlərdə təxminən 20 uşaq əzab içində öldü".

Kənan

Sitat.info



Xəbər xətti