Rusiyada İES-də partlayış: 18 nəfər yaralandı - VİDEO

10:34 6 Mart 2024

Rusiyanın Tuva Respublikasında İstilik Elektrik Stansiyasında (İES) partlayış olub.

Sitat.info xəbər verir ki, bu barədə respublikanın başçısı Vladislav Xovalıq bildirib.

Hadisə nəticəsində 18 nəfər yaralanaraq, xəstəxanaya yerləşdirilib:

“6 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta ağırdır. Daha üç nəfərin vəziyyəti qənaətbəxşdir. Hazırda bütün yaralılar xəstəxanalara çatdırılır”.



Xəbər xətti