Kreml Baydenin "soyqırım" ittihamına cavab verdi: "Öz tarixlərinə nəzər salsınlar"

18:28 13 Aprel 2022

 

Fevralın 24-də başlayan Ukrayna işğalında bütün mülki ölümləri, hücumları və qırğınları təkzib edən Rusiya bu gün ABŞ prezidenti Co Baydenin sözlərini də rədd edib.

SİTAT.İNFO xəbər verir ki, Kreml Ukraynada baş verənlərə görə ilk dəfə "soyqırım" ifadəsini işlədən Baydenin sözlərinin qəbuledilməz olduğunu və ABŞ liderinin öz ölkəsinin tarixinə nəzər salmalı olduğunu qeyd edib. Kremlin sözçüsü Dmitri Peskov “soyqırım” anlayışını qəti şəkildə rədd etdiklərini açıqlayıb.

Rusiya lideri Vladimir Putin Moskvaya deyib ki, “dost olmayan” ölkələr Arktikada tədarük zəncirini məhv edir və bəzi ölkələr müqavilə öhdəliklərinə əməl etmirlər. Putinin sözlərinə görə, bu addımlar Rusiya üçün problemlər yaradır.

Rusiya lideri onu da əsaslandırıb ki, enerji sanksiyaları tətbiq edən Avropa ölkələri və ABŞ artıq başağrılarından əziyyət çəkir.

Rusiyanın enerji ixracını yeni bazarlara genişləndirə biləcəyini qeyd edən Vladimir Putin, neft və təbii qazı həqiqətən ehtiyacı olan yerlərə göndərə biləcəklərini əlavə etdi.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti