Fransanın Ermənistandakı səfiri Oliver Dekottini erməni mediasına müsahibəsində deyib ki, ölkəsinin İranla bir çox məsələdə fikir ayrılığı olsa da, Paris və Tehran Ermənistanla bağlı eyni mövqedədir.
Sitat.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu, mövcud vəziyyətin elanıdır:
“Bu səfir bir müddət əvvəl İranın Ermənistandakı səfiri ilə görüşüb müzakirə aparmışdı. “Son bir neçə ildə Ermənistanın qonşu dövləti İran da dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını bildirib” deyən fransalı diplomat faktiki bununla Cənubi Qafqazda Azərbaycana qarşı Fransa-İran tandeminin formalaşdırdığını dilə gətirib. Tehranın Fransa səfirinin açıqlamasına reaksiyası maraqlıdır. Belə çıxır ki, beynəlxalq məsələlərdə Fransa ilə ixtilaf içində olan Tehran Azərbaycan məsələsində Parislə “eyni dəyərləri” bölüşür. Elə buna görə İran Fransa jandarmlarının Qərbi Zəngəzurda yerləşməsinə etiraz etmir”.