Qəzzada 133 jurnalist həyatını itirib

16:59 6 Mart 2024

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində həyatını itirən jurnalistlərin sayı 133-ə yüksəlib.
 
İsrail ordusu 152 gündür ki, Qəzza zolağına fərq qoymadan hücumlarını davam etdirir. Qəzza hökumətinin Media Ofisindən   daha bir jurnalistin İsrailin hücumları nəticəsində həyatını itirdiyi açıqlanıb. Bildirilib ki, Əl-Əqsa TV-nin müxbiri, fələstinli jurnalist Məhəmməd Sələmə ötən gecə Qəzza zolağının mərkəzindəki Deyr Əl-Bələh şəhərindəki evinin İsrail döyüş təyyarələri tərəfindən bombalanması nəticəsində həyatını itirib.

İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayının 133-ə yüksəldiyi vurğulanıb.

Onun həmkarları səhər saatlarında Əl-Əqsa Şəhidləri Xəstəxanasına gələrək Sələmənin vəfatı üçün yas saxlayıblar. Yerli mənbələr hücumda Seleme və 8 ailə üzvünün həyatını itirdiyini bildirib.

Türkan,

Sitat.info



Xəbər xətti