İtaliya da bu regiona ordu göndərir

17:45 6 Mart 2024

İtaliya qanunvericiləri ölkənin Qırmızı dənizdəki yük gəmilərini husilərin hücumlarından qorumaq üçün AB-nin dəniz missiyasında iştirakını təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə AP məlumat yayıb.

İtaliya XİN rəhbəri Antonio Tayani isə qeyd edib ki, missiyanın vəzifəsi özünümüdafiədir:

“Yəni missiyanın vəzifəsi ticarət gəmilərinə birbaşa hücumları zərərsizləşdirmək və gəmiləri ələ keçirmək cəhdlərini dəf etməkdir. Eyni zamanda, missiyaya hücum zamanı hərbi gücdən də istifadə edilə bilər”.



Xəbər xətti